"Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Bu, bizim üçün böyük problemdir".
Bunu "Qarabağ"ın baş məşqçisiQurban Qurbanov Türkiyənin "Haber Global" telekanalına müsahibəsində deyib. 47 yaşlı mütəxəssis azərbaycanlı futbolçuların daha üstün səviyyədə olan Türkiyə Super Liqasında çıxış etmələrini çox istədiyini bildirib. Q.Qurbanovun fikrincə, bu məsələdə zamana ehtiyac var.
Baş məşqçi Superliqanı izlədiyini və "Beşiktaş"a azarkeşlik etdiyini də açıqlayıb: "Çox oyuna baxıram. Təbii ki, ilk növbədə, Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, "ay-ulduzlular"ın bütün oyunlarına baxıram. Bunu deməliyəm: Daha çox "Beşiktaş"a azarkeşlik edirəm. Lakin avrokubok oyunlarında hər birini öz komandamız kimi dəstəkləyirik".
Qeyd edək ki, "Qarabağ" hazırda Antalyada təlim-məşq toplanışındadır.