"Qalatasaray" müdafiəçisini Almaniya klubuna satıb
Türkiyənin "Qalatasaray" klubu futbolçusu Ozan Kabakı Almaniyanın "Ştutqart" komandasına satıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Almaniya təmsilçisi 19 yaşlı müdafiəçinin transferi üçün 11milyon avro ödəyəcək.
Qeyd edək ki, O.Kabak "Qalatasaray" klubunun yetirməsidir.