"Neftçi" Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il ötür. "Neftçi-2”nin və futbol akademiyasının üzvləri Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Şəhidlər Xiyabanı ziyarət edilib, məzarlar önünə güllər qoyulub.