Çingiz Hüseynzadə EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcək
Yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin iclası işə başlayacaq.
Iki gün davam edəcək toplantıda Azərbaycanı EOC İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edəcək.
Həmçinin tədbir çərçivəsində EOC-un prezidenti Janez Kotsiyançiç, baş katib Rafael Paqnozzi hesabat xarakterli çıxış edəcəklər. İclasda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirakı gözlənilir.
"Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalı və "Minsk-2019" II Avropa Oyunları da gündəlikdəki məsələlər sırasındadır.