Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
9 turdan sonra aktivində 6.5 xal olan Məhəmməd Muradlı birinci yeri tutub. Onunla eyni xal toplayan İsmayıl Şahəliyev II, Ülvi Bacaranı isə 6 xalla III yerdə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilmiş çempionatda 20 şahmatçı iştirak edib.