"Neftçi"nin hücumçusu: "İstənilən mövqedə oynamağa hazıram"
"Toplanış normal keçdi. Çox yaxşı hazırlaşdıq. Bu gün son yoxlama oyunumuza çıxacağıq".
Bunu "Neftçi"nin futbolçusu Baqali DaboTürkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı barədə klubun rəsmi saytına açıqlamasında deyib. Fransalı hücumçu Azərbaycan Premyer Liqasının ikinci bölümünün startınadək tam hazır olacağına inam ifadə edib: "Baş məşqçi məni hansı mövqeyə təyin etsə – istər cinahlarda, istərsə də hücumda oynamağa hazıram. Önəmli olan meydana çıxmağımdır. Meydanda olanda komandaya fayda vermək üçün əlimdən gələni edirəm”.
Qeyd edək ki, "Neftçi" bu gün Bolqarıstanın "Beroe" komandası ilə üz-üzə gələcək. Yoxlama matçı Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.