"Minsk-2019" II Avropa Oyunları 100-dən çox ölkədə yayımlanacaq
"Minsk-2019" II Avropa Oyunlarını 120-dən çox ölkədə izləmək mümkün olacaq.
Beynəlxalq İdman Yayımı (ISB) Oyunların yayımı üçün 100-dən çox telekanalla razılığa gəldiyini açıqlayıb.
Anlaşma əldə olunanların çoxunun Avropanın aparıcı telekanalları olduğu bildirilir. Ümumilikdə, "Minsk-2019" üçün 106 ölkədən 500 milyon potensial tamaşaçının olacağı vurğulanıb.
ISB Oyunlardan, təqribən, 500 saat yayım həyata keçirəcək. Bura gündəlik yarışların geniş canlı yayımı ilə yanaşı, əsas hadisələrin yayım paketi də daxildir. Qurum açılış və bağlanış mərasimlərini də ekranlara gətirəcək.
Qeyd edək ki, Belarus paytaxtında 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarına 15 növ üzrə 5000-dən çox idmançı qatılacaq. 9 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 4 növ üzrə mübarizə isə həm də rəsmi Avropa çempionatı sayılacaq. Kişilər 91, qadınlar 89 yarışda iştirak edəcəklər. Daha 21 yarış isə qarışıq olacaq.