"Qarabağ" klubunun təsisçisi vəfat edib

“Qarabağ” Futbol Klubunun təsisçilərindən olan sabiq futbolçu və baş məşqçi Adil Nadirov dünyasını dəyişib. 

Bu barədə klubun rəsmi saytında bildirilir. A.Nadirov 69 yaşında dünyasını dəyişib. O, Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirovun əmisidir. 

Allah rəhmət eləsin!