Rəqəmsal Transformasiya mövzusuna həsr edilmiş UEFA GROW regional seminarı işə başlayıb.
"Boulevard Hotel"də keçirilən seminarda UEFA nümayəndələri, qonaq spikerlər, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Moldova futbol federasiyalarının əməkdaşları iştirak edir.
AFFA-nın baş katibi Elxan Məmmədov seminara qatılaraq, iştirakçıları salamlayıb və uğurlar arzulayıb.
Qeyd edək ki, seminara yanvarın 29-da yekun vurulacaq.