Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 2 fevral - Gənclər Günü ilə bağlı şahmat turniri keçirilib.
"Gələcəyin gəncləri qrossmeysterlə birgə" adlanan tədbirdə 3 qat Avropa çempionu, Azərbaycan millisinin üzvü Qədir Hüseynov da iştirak edib. O, uşaqlar üçün eyni zamanda 38 lövhədə master-klass keçib.
DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun təşkilatçılığı ilə keçirilən yarışa azyaşlı şahmatçılar qatılıb. Turnirdə DTX-nın Mədəniyyət Mərkəzinin Şahmat Klubunun üzvləri və müxtəlif şahmat məktəblərinin idmançıları iştirak edib. Yarışda həmçinin Bakı və Azərbaycan çempionları da yer alıb.