"Liverpul" "Arsenal"a "Mançestr Yunayted" "Bournemouth"a qarşı
Bu gün İngiltərə Premyer Liqasında birinci turun daha iki oyunu keçiriləcək. Olimpsport.az xəbər verir ki, ötən mövsümü 16-cı pillədə tamamlayan "Bournemouth" doğma meydanda "Mançestr Yunayted"i qəbul edəcək. Heyyətini Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqba ilə gücləndirən "şeytanlar" Mourinyonun başçılığı altında mövsümə qələbə ilə başlamağa çalışacaq.
Son mövsümün gümüş mükafatçısı "Arsenal" iddialə "Liverpul"u qəbul edəcək. Arsen Vengerin komandası transfer pəncərəsində İsveçrənin şərəfini qoruyan Qranit Cakanı heyyətinə qatdı. Otən mövsümkü heyyətlə mübarizəyə başlayan Londonlular Klopun yetirmələrindən üstün olmağa çalışacaq. Klopun gəlişindən sonraa iki final oynayan mersisaydlar hər iki finalda uduzsa da komandanın oyunu böyük ümidlər vəd edir. Mövsümələrarası fasilədə komandanın yoldaşlıq görüşlərində yaxşı çıxış etməsi ümidləri bir qədər də artırıb, xüsusən "Barcelona" ilə matçda "Liverpool" yeni mövsüm üçün ciddi mesajlar verdi.
İngiltərə premyer Liqası birinci tur
"Bournemouth" - "Mançestr Yunayted" 16:00
"Arsenal" - "Liverpul" 19:00