Fatih Terimə ağır itki üz verib
Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Fatih Terimin atası vəfat edib.
Talat Terim Adana şəhərində müalicə aldığı xəstəxanada 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fatih Terim fevralın 2-də “Qalatasaray”ın səfərdə 1:1 hesabı ilə heç-heçə etdiyi “Alanyaspor”la XX tur matçından sonra mətbuat konfransına qatılmayıb. O, səhhətində problem yarandığı üçün reanimasiyaya yerləşdirilən atasının yanına gedib.