Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
İtaliyanın paytaxtı Romadakı 43-cü Konqresdə UEFA prezidenti postuna seçki keçirilib.
Aleksandr Ceferin növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. Sloveniyalı funksioner seçkidə yeganə namizəd olub.
Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.