UEFA-dan tarixi qərar
UEFA Çempionlar Liqası üçün tarixi qərar verməyi planlaşdırır.
Qurum turnirin matçlarının həftəiçi deyil, şənbə və bazar günləri keçirilməsini istəyir. Əgər qərar qəbul edilsə, 2021-ci ildən ÇL-in oyunları həftəsonu keçiriləcək.
UEFA həftəiçi keçirilən oyunlardan yaxşı reklam gəlirləri qazana bilmir. Həftəsonu isə qazanclar ikiqat ola bilər.