AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxildir.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd xorvatiyalı mütəxəssis Nikola Yurçeviçdir.