Bu gün Bakıda ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) regional iclası keçirilib.
“Qarabağ” klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə (“Beşiktaş”, “Fənərbaxça”, "Başakşehir"), İsrail (Hayfa və Təl-Əviv “Makkabi”si), Rusiya (“Zenit”, MOİK), Moldova (“Daçiya” və “Zimbru”), Belarus (Minsk “Dinamo”su) və Litva (“Jalgiris”), eləcə də Azərbaycanın “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.
Toplantıda 2021 - 2024-cü illərdə reallaşacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda Avropa Klublar Birliyinin Baş Assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərək UEFA-ya təqdim olunacaq.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov ECA İşçi Qrupunun büro üzvüdür.