Avropa Liqası: "Fənərbağça" ilk oyunda "Zenit"i məğlub edib - VİDEO
Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.
1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib.
Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.
Avropa Liqası
1/16 final, ilk oyun
12 fevral
21:55. "Fənərbağça" (Türkiyə) - "Zenit" (Rusiya) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: İslam Slimani, 21
Dəqiq yerinə yetirilməyən penalti: Robert Mak, 44 ("Zenit")
Qeyd edək ki, 1/16 final mərhələsinin digər ilk qarşılaşmaları fevralın 14-də olacaq.