Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Azərbaycan paytaxtına sonuncu – 5-ci işgüzar səfəri davam edir.
UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və s. məsələlərlə bağlı görüş keçirir.
AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Səfər fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da keçiriləcək.