Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib - VİDEO

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Yarışın son qalibi İspaniya "Real Madrid"i Hollandiyada "Ayaks"ın qonağı olub.

İngiltərə "Tottenhem"i isə Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Hər iki qarşılaşmada 3 qol vurulub. Bu qolların hamısı ilk oyun günündə olduğu kimi, ikinci hissəyə təsadüf edib. "Tottenhem" "Borussiya"nı darmadağın edərək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. "Real Madrid" isə səfər qələbəsinə nail olub - 2:1. Hərçənd, ilk yarıda "Ayaks"ın qolu VAR sisteminə müraciət olunduqdan sonra sayılmayıb. 

Qeyd edək ki, bu cütlüklər arasında cavab görüşü martın 5-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

13 fevral

24:00. “Ayaks” (Hollandiya) – “Real Madrid” (İspaniya) - 1:2

Qollar: Hakim Ziyeş, 75 - Kərim Benzema, 60. Marko Asensio, 87

37-ci dəqiqədə Nikolas Talyafikonun qolu VAR sisteminə müraciət olunduqdan sonra ləğv olunub.

Baş hakim: Damir Skomina (Sloveniya)

Amsterdam. “Yohan Kroyff Arena”

 

 

24:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0

Qollar: Son Hyunq-Min, 47. Yan Vertongen, 83. Fernando Lyorente, 86

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

London. “Uembli” stadionu