AFFA Hakimlər Komitəsinin sədri beynəlxalq təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb.

Avstriyalı funksioner Xorvatiyada 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru olacaq. Martın 20-də start götürəcək 3-cü qrupun oyunlarında Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq. Qarşılaşmalar martın 26-dək davam edəcək.