Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk 8 oyunu keçirilib.
Gecənin sensasiyası Belarusda qeydə alınıb.
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat və Avropa Liqasının qrup mərhələsində rəqibləri olmuş BATE ilə İngiltərə "Arsenal"ı üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45-cı dəqiqədə Stanislav Draqun vurub.
Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında Portuqaliya "Benfika"sına uduzub - 1:2. "Sarı-qırmızılar"ın yeganə qolunu Kristian Luyindama vurub.
Avropa Liqası
1/16 final, ilk oyunlar
14 fevral
21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) - 0:0
21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) - 0:0
21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:1
21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) - 0:1
21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 1:2
21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) - 3:3
21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 1:0
21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2