Azərbaycanın FIFA hakimləri Avropa çempionatının elit-raunduna təyinat alıblar
Azərbaycanın FIFA hakimləri 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
Rauf Cabarov və Akif Əmirəli 19 - 27 martda Niderlandda keçiriləcək 2-ci, Rəhim Həsənov və Mübariz Haşımov isə 25 mart - 2 apreldə Macarıstanda təşkil olunacaq 7-ci qrupun oyunlarında iştirak edəcəklər.
Qeyd edək ki, 2-ci qrupda Niderland, Çexiya, İsrail və Şimali İrlandiya, 7-ci qrupda isə Belçika, Macarıstan, Norveç, Bosniya və Herseqovina yığmaları mübarizə aparacaq.