Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
54 yaşlı xorvatiyalı mütəxəssis şəxsi "Facebook" hesabında "Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün xoşbəxtəm" yazıb.
O həmçinin AFFA prezidenti Rövnəq Abdullayev və Bakıda Azərbaycan bayrağı fonunda çəkilən şəklini paylaşıb.
Qeyd edək ki, N.Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub.