"Mançester Siti" və "Yuventus" üçün səfər sınağı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin sonuncu ilk oyunları keçiriləcək.

 İspaniya “Atletiko”su İtaliyanın “Yuventus” komandasını qəbul edəcək. Almaniyada isə “Şalke” ilə İngiltərə təmsilçisi “Mançester Siti” qarşılaşacaq.

Ümumilikdə son 22 matçda 2 dəfə məğlub olan “Atletiko” hazırda La Liqada 47 xalla 2-ci pillədə qərarlaşıb. Dieqo Simeonin rəhbərlik etdiyi kollektiv lider “Barselona”dan 7 xal geri qalır. “Yuventus” isə A seriyasında zirvədə qərarlaşıb. Massimiliano Alleqrinin baş məşqçisi olduğu komanda 66 xala malikdir və ən yaxın izləyicisi “Napoli”ni 13 xal qabaqlayır.