Futbol ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
AFFA rəhbərliyi, baş katib Elxan Məmmədov, əsas milli komandanın baş məşqçisi Nikola Yurçeviç və 19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin üzvləri Xətai rayonunda yerləşən "Ana harayı" abidəsini ziyarət ediblər.
Premyer Liqa klubları da soyqırımla bağlı sosial şəbəkələrdə maarifləndirici paylaşım edib və faciə qurbanlarını anıblar.