Azərbaycanın cüdə üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevə fəxri ad verilib.
Veteran idmançı Gənclər və İdman Nazirliyində 5 mart - Bədən tərbiyəsi və idman günü" münasibəti ilə təşkil olunmuş mükafatlandırma mərasimində əməkar məşqi adı ilə təltif olunub.
Bundan başqa yunan-Roma güləşçisi Nizami Paşayev və tanınmış taekvondoçu Rəşad Əhmədov da əməkdar məşqçi adına layiq görülüb.
Keçmiş FIFA referisi Anar Salmanova isə fəxri bədən təbriyəsi və idman işçisi adı verilib.
Mükafatları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov təqdim edib.
Qeyd edək ki, ümumilikdə 40 nəfər əməkdar məşqçi, 20 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 4 nəfər respublika dərəcəli hakim, 5 nəfər isə əməkdar idman ustası adı ilə təltif olunub.