“Bakı 2019: Ulduzlar Finalı” adlı oyun üçün Azərbaycana gələn məşhur futbolçular - türkiyəli Nihat Kahveci və portuqaliyalı Dekunun iştirakı ilə imza mərasimikeçirilib.
Paytaxtdakı "28 Mall"da təşkil olunan tədbirdə iki ulduz vətəndaşlarla yanaşı, turistlərə də imza paylayıblar.
Qeyd edək ki, “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar. Oyun qərblilərin 11:10 hesablı qələbəsi ilə başa çatıb.