Azad Rəhimov: "AFFA futbolun kütləviliyi istiqamətində böyük işlər görür"
“AFFA futbolun kütləviliyi istiqamətində böyük işlər görür”.
Bunu gənclər və idman naziri Azad Rəhimov AFFA-nın Növbəti Hesabat Konfransında deyib.
O, Azərbaycan futbolunda görülən işlərdən danışıb: “Azərbaycanda idmana və idmançılara diqqət göstərilməsi hər zaman dövlətin əsas məqsədi olub. Bu il mayın 29-da Avropa Liqasının final oyunu keçiriləcək. 2020-ci ildə isə Bakı Olimpiya Stadionu Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Uşaqlar üçün mütəmadi liqalar təşkil olunur. Belə tədbirlər təkcə paytaxtda deyil, bölgələrdə, cəbhəyanı ərazilərdə keçirilir. Cocuq Mərcanlıda futbol meydançası inşa edilərək istifadəyə verilib. Ümidvaram ki, Avroliqanın finalı uğurla təşkil olunacaq və özünəməxsus yer tutacaq”.
Sonda nazir konfransın işinə uğurlar arzulayıb.