Deku: "Ümid edirəm ki, "Çelsi" Bakıya gələcək”
“Bakıya ikinci səfərim idi. İlk dəfə milli komanda ilə gəlmişdim. Yenidən burda olmağıma çox şadam”.
Bunu “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən məşhur veteran futbolçu Deku deyib. Portuqaliyalı futbolçu mayın 29-da keçiriləcək Avropa Liqasının final oyunu zamanı da Bakıda olacağını söyləyib: “İnsanların mənə olan marağı, eyni zamanda yerli federasiyanın yüksəksəviyyəli təşkilatçılığı məndə xoş təəssürat yaratdı. May ayında keçiriləcək finalda da burda olacam. İlk səfərimlə indiki arasında müqayisə apara bilmərəm. Çünki onda oyunçu kimi gəlmişdim və şəhərinizi gəzmək imkanım olmamışdı. Sadəcə mehmanxana və stadionu görmüşdüm. Bu dəfə məqsəd fərqli idi, gəzdim Bakını, çox yaxşı təəssürat yaratdı. Boyük komandaların final oynamasını arzulayıram. Ümid edirəm ki, "Çelsi" Bakıya gələcək”.