Azərbaycanın şahmat millisi dünya çempionatında ilk qələbəsini qazanıb

 Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında V turun oyununa çıxıb. 

Rəqib ABŞ yığması olub. Duel Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb. 

Millinin heyətində Arkadi Naydiç Nicat Abbasov görüşlərini qələbə ilə başa vurub. Rauf Məmmədov və Qədir Hüseynov isə rəqibləri ilə heç-heçə oynayıblar. 

Qələbə sayəsində Azərbaycan millisi xallarının sayını 3-ə yüksəldib. ABŞ-ın isə 6 xalı var. 

Dünya çempionatı, V tur

Azərbaycan - ABŞ -  3:1

Arkadi Naydiç - Dariuş Sverç - 1:0 

Rauf Məmmədov - Samuel Sevyan - 0.5:0.5

Qədir Hüseynov - Aleksandr Onişuk - 0.5:0.5

Nicat Abbasov - Aleksandr Lenderman - 1:0