Jerom Boateng Tomas Müller və Levandovskini qabaqladı
Boatenq Almaniyada ilin ən yaxşı futbolçusu seçildi.
Olimpsport.az xəbər verir ki, Bavariyanın müdafiəçisi Jerom Boatenq Almaniyada ilin futbolçusu seçilib.
27 yaşlı futbolçu bu mükafata alman jurnalistlərin səsverməsi ilə layiq görülüb. O 674 mümkün səsdən 163-nü qazanıb.2-ci yeri Tomas Müller , 3-cünü isə Robert Levandovski tutub.
Xatırladaq ki, Boatenq Yurgen Kollerin 1997-ci il nailiyyətindən sonra bu mükafata sahib çıxan ilk müdafiəçi olub.
İlin məşqçisi adına ötən il Darmştatı çalışdıran Dirk Şuster layiq görülüb.O , Tomas Tuxellə Xosep Quardiolanı qabaqlayıb.