Ronaldu və Messi Çempionlar Liqasında həftənin rəmzi komandasında yer alıb

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.

 "11-lik" 1/8 final mərhələsinin 4 cavab oyunu əsasında müəyyənləşib. 

Siyahıda İngiltərə "Mançester Siti"sindən 4, İtaliya "Yuventus"undan 3, İngiltərə "Liverpul"undan və İspaniya "Barselona"sından hərəyə 2 oyunçu yer alıb. 

Qapıçı: Voytsex Şensni ("Yuventus")

Müdafiəçilər: Jerar Pike ("Barselona"), Vircil van Deyk ("Liverpul"), Joau Kancelu ("Yuventus",)

Yarımmüdafiəçilər: Leroy Sane, Bernardo Silva, Rahim Sterlinq (hamısı "Mançester Siti"), Sadio Mane ("Liverpul")

Hücumçular: Kriştianu Ronaldu ("Yuventus"), Serxio Aqüero ("Mançester Siti"), Lionel Messi ("Barselona")