Avropa Liqası: 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb
UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, eləcə də Bakıda keçiriləcək final qarşılaşmasının püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.
1/4 final
“Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə)
“Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya)
“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya)
“Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə)
1/2 final
“Napoli” (İtaliya) - “Arsenal” (İngiltərə) cütünün qalibi - “Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya) cütünün qalibi
“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə) cütünün qalibi
Finalda nominal meydan sahibi “Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə) cütünün qalibi olacaq.
Qeyd edək ki, adları birinci çıxan komandalar ilk oyunu evdə keçirəcəklər. Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.
Fərəc Aslanov