Aqolli "Qarabağ"la belə vidalaşdı - FOTOLAR

“Qarabağ”ın futbolçusu Ansi Aqolli ötən gün Premyer Liqanın 21-ci turunda “Səbail”lə oyunda Ağdam klubunda  vida matçına çıxıb.  36 yaşlı müdafiəçi 2010-cu ildən "Qarabağ"da çıxış edirdi.

Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın "Nyu-York Kosmos"  klubunda davam etdirəcək.