"Olimpsport"un əməkdaşı xüsusi medala layiq görülüb

Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illiyi münasibətilə bir çox karate ustaları mükafata layiq görülüb.

Sevindirici haldır ki, mükafatçılar arasında "olimpsport.az " saytının video - operator əməkdaşı, karate üzrə SSR idman ustası, veteran idmançı Vüqar Məmmədov da yer alıb.

Bu münasibtlə kollektivimiz adından Vüqar bəyi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!