AFFA və milli yığma komandanın üzvləri Novruz bayramı münasibəti ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatını ziyarət edib, onlara AFFA-nın hədiyyələrini təqdim ediblər.
Ziyarətdə AFFA-nın əməkdaşları, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, millinin üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətov iştirak ediblər.
Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.