Prezident İlham Əliyev Elnur Məmmədlini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib. Sərəncama əsasən cüdo üzrə Pekin Olimpiya Oyunlarının qalibi, DTX-nin polkovnik leytenantı Elnur Çingiz oğlu Məmmədli  "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 

"Olimpsport.az" saytının kollektivi adından Olimpiya çempionumuzu təbrik edir, ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.