AFFA-nın baş katibi UEFA Avropa Liqasının layihə meneceri ilə görüşüb
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.
Qurumun baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şer arasında görüş keçirilib.
Görüşdə finalın təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.