Aprelin 8-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin səkkizinci turunda qalib müəyyənləşib. norveçli dünya çempionu Maqnus Karlsen turnirin başa çatmasına bir tur qalmış “Shamkir Chess” superturnirində dördüncü çempionluğunu bayram edib. O, səkkizinci turda rusiyalı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-ya çatdırıb. Onun ən yaxşı izləyicisi S.Karyakinin 4,5 xalı var. Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub. Səkkizinci turun digər oyunlarında Azərbaycan təmsilçisi Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand ilə heç-heçə edib. Şəhriyar Məmmədyar ilə hollandiyalı Aniş Giri, bolqarıstanlı Veselin Topalovun çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişukun isə çexiyalı David Navara ilə oyunları davam edir. Turnirə aprelin 9-da yekun vurulacaq.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024