İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb. 73 yaşında meydana çıxan qolkiper peşəkar karyerasını davam etdirən ən yaşlı oyunçu kimi tarixə düşüb. Aşağı dəstədə "Makkabi Ramat Qan"la matçda (1:5) "İroni Yehuda"nın qapısını qoruyan Hayikə oyundan sonra xüsusi mükafat təqdim olunub. Qolkiper bu göstərici ilə uruqvaylı Roberto Karmonanın (53 yaş) rekordunu yeniləyib.
Qeyd edək ki, İraqda doğulan Hayik 20-ci əsrin ortalarında 10 minlərlə yəhudi kimi ailəsi ilə birlikdə İsrailə köç edib.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024