Minskdəki idman qurğuları II Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Bunu II Avropa Oyunlarının koordinasiya komissiyasının sədri, Yunanıstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Spiros Kapralos deyib. S.Kapralos bildirib ki, hazırda bütün arenalar hazırdır. Təkcə arenalarda deyil, həm də burada işləyən və oyun zamanı bütün prosesləri idarə edəcək heyətin də hazırlığı yüksək səviyyədədir. II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Yarışlarda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək. Atletlər idmanın 15 növü üzrə 199 dəst medal uğrunda yarışacaqlar. Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024