«10 ilin nominantları sırasında yer almaq mənim üçün qururvericidir»
«Mən karyeram ərzində bu vaxta qədər bir sıra nominasiyalar üzrə qalib olmuşam. Mənə verilən mükafatların hər biri doğma və əzizdir. Lakin 10 ilin nominantları sırasında yer almaq mənim üçün qururvericidir. Azərbaycan idmanının inkişafında idman nəşrlərinin xüsusi rolu var. Biz idman ictimaiyyətinin əldə etdikləri nailiyyətlər məhz bu nəşrlərin sayəsində ictimaiyyətə çatdırılır. Hörmətli Əflatun müəllim, bizə verdiyiniz dəyərə görə nominasiya qalibləri adından Sizə, çox sağolun deyirəm və minnətdarlığımı bildirirəm. Siz də mətbuat aləminin Olimpiya çempionusunuz. «Olimpsport» jurnalının hər bir əməkdaşına uğurlar diləyirəm». Bu sözləri 1-S kateqoriyalı hakim, «Qızıl fit» mükafatının sahibi Hicran Şərifov «Olimpsport» jurnalının yubiley tədbirində səsləndirib. Qeyd edək ki, bu mükafatı təcrübəli hakimə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edib.