«Jurnalın seçdiyi yol uzun və maraqlıdır»

«Olimpsport» jurnalı idman uğurlarını bir araya gətirən və ictimaiyyətə çatdıran nəşrlərdən biridir. Bu jurnalın səhifələrində Azərbaycan idmanının keçmişini və gəcəyini əks etdirən maraqlı yazılar öz əksini tapır. Hiss olunur ki, burada peşəkar və idmanı yaxşı bilən kadrlar fəaliyyət göstərir. Jurnalın seçdiyi yol uzun və maraqlıdır. Hesab edirəm ki, ölkədə idman və bədən tərbiyəsində, Olimpiya Hərəkatında görülən işlər bu jurnalın diqqət mərkəzidədir. Bu sözləri «Olimpsport» jurnalının 10 yaşına həsr olunmuş tədbirdə Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov deyib.