«Bu uzun illər ərzində görülən işin və çəkilən zəhmətin bariz nümunəsidir»
Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Olimpsport" jurnalının yaranmasının 10 illik yubiley münasibətilə keçirilən tədbirdən sonra öz fikirlərini bildirib. «Jurnal qısa zaman ərzində geniş oxucu kütləsinə yiyələnib. Bu uzun illər ərzində görülən işin və çəkilən zəhmətin bariz nümunəsidir. Jurnalın baş redaktoru Ramin Allahverdiyev idmanı yaxşı bilən mütəxəssislərdəndir. 10 il ərzində Azərbaycan idmanının təbliğində jurnal böyük töhfələr verib. Hesab edirəm ki, jurnalın kollektivi belə bir şərəfli yolda daha böyük nailiyyətlər edəcəklər. Bugünki tədbirdə nomiansiyalar arasında mənə də etimad göstərdiyi üçün təşkilatçılara minnətdarlığımı bildirəm», - deyə federasiya rəsmisi deyib. Qeyd edək ki, Firdovsi Umudov "Qızıl 10-luq " İdman sorğusunun nəticələrinə görə son 10 ilin ən yaxşı məşqçisi seçilib.