Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb. Yarışın son günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabıyla məğlub edən dünya, olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib. Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalı boynundan asıb. Xatırladaq ki, dünən Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024