"Liverpul" möcüzə yaratmağı bacardı və finala yüksəldi
İngiltərənin "Liverpul" komandası möcüzəvi şəkildə 2018/2019-cu illər mövsümünün UEFA Çempionlar Liqasının finalına yüksəlib. Olimpsport.az xəbər verir ki, möcüzə İngiltərədə baş verib. Belə ki, yarımfinalın ilk görüşündə səfərdə İspaniya "Barselona" sına 0:3 hesabı ilə məğlub olan "Liverpul" öz meydanında ən azı üç cavabsız qol vuracağı halda mübarizəni davam etdirmək şansı qazanacaq idi. Buna inananların sayı çox az idi. Yalnız 2005-ci ildə İstanbulda ÇL-in finalında İtaliyanın "Milan" klubuna oxşar hadisəni yaşadan "Liverpul" un sadiq azarkeşlərindən başqa. Xatırladaq ki , həmin vaxt "Liverpul " ilk hissədən sonra 0:3 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci hissədə 3 qol vurub oyunun talehini penalti seriyasında öz xeyrinə həll etmişdi. Bu dəfə isə ingilislər daha artığını etdi desək yanılmarıq. "Liverpul" əsas qolçusu Muhammed Salahsız Messili "Barselona" kimi nəhəng kluba möcüzəvi şəkildə 4 cavabsız qol vurmaqla finala yüksəlməyi bacardı.
"Liverpul" -"Barselona" 4:0
D.Origi 7, 79, G.Vijnaldum 54,56.