Latviyanın “Metta” futbol klubu bu ölkənin “Dauqavpils” klubunun hücumçusu Vüqar Əsgərova olunan təhqirə görə Latviya Futbol Federasiyasının intizam komissiyası tərəfindən cəzalandırılıb. OLİMPSPORT xəbər verir ki, “Metta”nın nümayəndəsi Aleksandr Mixelsonun Vüqar Əsgərovun ünvanına işlətdiyi təhqiramiz ifadələr kluba 350 avro cəza şəklində geri qayıdıb. Hadisə martın 3-də “Metta” ilə “Dauqavpils”in oyunu zamanı baş verib. Həmin oyunda Vüqar Əsgərovun komandası onun uğurlu oyunu sayəsində rəqibinə qalib gəlib. “Metta”nın baş məşqçisi Andris Rixert də azərbaycanlı oyunçudan klub nümayəndəsi adına üzr istəyib. Xatırladaq ki, Vüqar Əsgərov bu mövsümdə Latviyanın ən yaxşı oyunçularından biri hesab olunur. Onun hesabında 8 oyundan 6 qol var.
AZƏRTAC
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024