İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib. OLİMPSPORT "Report" a istinadən xəbər verir ki,bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin, o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun". Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək.
R.Allahverdiyev
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024