UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 13-də Bakıda keçiriləcək final matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. OLİMPSPORT UEFA-nın saytına istinadla xəbər verir ki, mayın 29-da “Arsenal” – “Çelsi” görüşünün idarə olunması Canluka Rokkiyə tapşırılıb. Ona Fillipo Meli və Lorenzo Manqanelli kömək edəcəklər. Dördüncü hakim funsiyasını Daniel Orsato yerinə yetirəcək. Final görüşündə videonəzarət sistemində (VAR) çalışacaq heyətin rəhbəri Massimiliano İrrati olacaq. Ona Marko Quida, Şimon Marçiniak və Pavel Sokolnitski kömək edəcəklər. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
RAMİN ALLAHVERDİYEV
18-11-2024
08-11-2024
02-11-2024
30-10-2024
21-10-2024
17-10-2024
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024