Nazim Süleymanov futbol ailəsini yeni yaranmış təşkilatla əməkdaşlığa dəvət edir-MÜSAHİBƏ
- Nazim müəllim, eşitdiyimizə görə yeni bir qurum yaranır. Bu məlumat nə dərəcədə doğrudur?
- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı (AFİAHİ) hansı zərurətdən yarandı?
- Bu günə qədər futbol təsərrüfatında belə bir qurum mövcud deyildi?
- Mən ayrı-ayrı futbol qurumlarında, futbol klublarında Həmkarlar Təşkilatının fəaliyyət göstərib-göstərmədiyini bilmirəm. Bəlkə də fəaliyyəti hiss olunmayacaq səviyyədə, formal olaraq hansısa futbol qurumunda var. Onu deyə bilərəm ki, milli komandada məşqçi kimi çalışdığım vaxtda nə AFFA-da, nə də AZAL, "Neftçi”, "Sumqayıt” klublarında işlədiyim zaman Həmkarlar Təşkilatının mövcudluğunu hiss etmədim. Hətta, futbol qurumlarında Həmkarlar Təşkilatı olsa belə, nə biz onların fəaliyyətinə, nə də onların bizim fəaliyyətimizə mane olmaq, qadağa qoymaq səlahiyyəti yoxdur. Qanun, müxtəlif adlarla Həmkarlar Təşkilatı yaranmasına və fəaliyyətinə hüquqi əsas yaradır.
- - Belə söhbətlər var ki, bu təşkilat hansısa ictimai qurumlara alternativ olaraq yaradılıb?Bu fikir nə dərəcədə doğrudur?
- - Fürsətdən istifadə edərək demək istəyirəm ki, bizim təsis etdiyimiz Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı mövcud olan və bundan sonra da yaradılacaq hər hansı bir ictimai təşkilata alternativ yaradılmayıb. Hətta, futbol ictimaiyyətinin baş idarəsi kimi tanınan AFFA-da belə bir qurum mövcud olarsa, biz onlarla da qarşılıqlı faydalanmaq naminə birgə fəaliyyət göstərməyə hazırıq. Demək istəyirəm ki, biz ittifaqı fəaliyyəti mövcud olan Azərbaycan Futbol Veteranları Təşkilatının, adını bilmədiyim digər ictimai qurumların alternativi kimi yaratmadıq. Çalışacağıq ki, Azərbaycanda futbolun inkişafı və bu sahədə çalışan insanların haqq və hüquqlarının qorunması naminə çalışan qurumlarla əl-ələ verib birgə fəaliyyət göstərək. Buna nə qədər nail olacağımızı isə zaman göstərəcək.
- - AFİAHİ-ni daha çox, futbol veteranları və işləməyən futbol mütəxəssislərinin yaratmaqda maraqlı olmasının hər hansı bir səbəbi varmı?
- - Doğrudur, bir çoxları Həmkarlar Təşkilatının işi və məqsəd-məramı ilə doğru-düzgün tanış deyil. Bəzən isə çaşdırıcı fikir yürüdüb, məqsəddən bilərəkdən yayındırıcı söhbətlər edənlər ola bilər. Ona görə, işləyənlərin çoxu bu təşkilata qoşulmaqda tərəddüd edirlər. Amma anlamaq lazımdır ki, futbol sferasında bilərəkdən yaradılmış «futbol adamları heç vaxt birliyə nail ola bilməzlər» stereotipini dağıtmaq lazımdır. Çünki bu fikirlə, bizləri çox zaman bilərəkdən üz-üzə qoyublar. Kimsə öz şəxsi mənafeyini həyata keçirmək üçün bundan yararlanıb. Əslində işləyən futbol adamları bu təşkilatın yaranmasında daha çox maraqlı olmalıdırlar ki, biz də onların pozulmuş hüquqları ilə məşğul ola bilək. Bir də ki, Həmkarlar Təşkilatı özü-özünü maliyyələşdirən qurumdur. Gərək üzvlük haqqı toplansın ki, bu təşkilatın yaşaması da mümkün olsun. Biz bilməliyik ki, pozulmuş hüquqlarımızın müdafiəsi ilə məşğul olası yeganə qurum Həmkarlar Təşkilatıdır. Çünki bu təşkilat üçün Azərbaycan dövləti qanuni hüquqi baza yaradıb. Həmkarlar Təşkilatı, istər işləyənlərin, istərsə də bu sahədə çalışıb hal-hazırda təqaüddə olanların, ümumiyyətlə, bu sferada çalışan, çalışmış insanların qayğısına qalmaq istəyir. Ona görə də, sıralarımızda daha çox insanların birləşməsində maraqlıyıq.
- - Kimlər sizin təşkilatın üzvü ola bilər?
- - Futbol təsərrüfatında çalışan və çalışmış hər bir kəs bizim üzvümüz ola bilər. Hakimlər, həkim və masajçılar, menecerlər, inzibatçılar, idman mediasının nümayəndələri, bir sözlə, futbol təsərrüfatına aid olan hər kəs. Əlbəttə ki, bu qurumun fəaliyyətində adından da məlum olduğu kimi, futbolçular daha çox maraqlı olmalıdırlar.
- - Təşəbbüs qrupu yaratdınız, növbəti addımınız nədən ibarət olacaq?
- - Təşəbbüs qrupu artıq varlığını bəyan edib. İlk olaraq Həmkarlar Təşkilatının məramnaməsini qəbul etməliyik. Sıralarımızı genişləndirməklə, təşkilatın strukturlarını yaratmalıyıq. Sonra AFFA rəhbərliyi ilə görüşmək və fəaliyyətimizi qanunvericiliyə uyğun olaraq davam etdirməyi planlaşdırırıq. Biz Azərbaycan futbolu naminə şəffaflığın və ədalətin qorunması üçün yola çıxdıq. Bu yol, bizim hüququmuzu bilib, haqqımıza nail olmağa doğru gedir. Buyurun, istənilən vaxt bizə qoşula bilərsiniz. Məndən və təsisçilərdən xüsusi dəvət, təklif, gözləmək lazım deyil. Bu təşkilat bizim hər birimiz üçün lazım və vacibdir. Hər kəsə bu yolda uğurlar arzu edirəm.